!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vilyam Hacıyevə qarşı kampaniya başlandı

!Reklam – Yazi

Son bir neçə gündür ki, müxtəlif media orqanlarında, əsasən də virtual mediada İmişli rayon İcra hakimiyyətinin başçısı Vilyam Hacıyevə qarşı kompaniyaya başlanılıb.

Maraqlısı budur ki, bu kompaniyada əsasən, icra başçısının ailə üzvləri hədəfə alınır ki, bu tip kompaniya hələ bir neçə il əvvəl də aparılırdı. Amma o dövrdə Vilyam Hacıyev qanunda nəzərdə tutulduğu şəkildə davranaraq, onun ailə üzvlərinin ictimailəşdirilməsi və şər-böhtan atıldığı iddiası ilə məhkəməyə müraciət etmişdi. Bu gün yenidən sözügedən məsələ ilə bağlı “qara piar”a start verilməsi bir daha onu göstərir ki, müəyyən qüvvələr İmişli rayonunda görülən abadlıq və quruculuq işlərini “həzm” edə bilmədiklərindən bu cür iyrənc üsula əl atıblar.

Bircə faktı qeyd edək ki, Vilyam Hacıyev dəfələrlə KİV-i rəhbərləri ilə görüşdə bildirib ki, o, həmişə ölkə mətbuatında İmişli rayonu ilə bağlı yazılan sağlam tənqidi münasibətləri nəzərə alır və problem olan sahələrdə həmin nöqsanların aradan qaldırılması üçün müvafiq addımlar atır.
Son bir neçə gündə Vilyam Hacıyevlə bağlı yazılanlar da məhz yalan və qarayaxma kampaniyasının tərkib hissəsi olduğundan bu tip xəbərlər insanlar tərəfindən birmənalı qarşılanmır və belə media orqanları cəmiyyətdə olan nüfuzlarını itirirlər.

Qeyd edək ki, İmişli rayonu bu gün özünün ümumi büdcəsini yerli istehsal sayəsində formalaşdırır və ilk Azərbaycan rayonlarındandır ki, dövlət büdcəsindən imtina edib. Bu gün rayonda abadlıq və quruculuq sahəsində görülən işlər də məhz rayonun yerli büdcəsinin formalaşması ilə həyata keçirilir.

Görülən işləri kənara qoyub, icra başçısını uğurlu fəaliyyəti ilə deyil, ailə üzvlərinə şər atmaqla gündəmə gətirmək hansı məqsədi güdür, onu demək çətindir.(Veteninfo)

 

Yeniçağ.az

www.yenicag.az

440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv