Vilyam Hacıyevin lüks avtomobilləri SATIŞA ÇIXARILDI

media-hightechnic-468x90

İmişli Rayon İcra Hakimiyyətinin korrupsiya cinayətləri ilə bağlı mühakimə edilmiş keçmiş başçısı Vilyam Hacıyevin cinayət işi üzrə müsadirə olunmuş avtomobillərinin qiyməti xeyli endirilib.

media-banner_tkm

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Range Rover” və “BMW 740İ” avtomobilləri üç dəfə satışa çıxarılsa da, onlara alıcı tapılmayıb.

İcra məmuru əmlakı 25% endirimlə dördüncü dəfə hərraca çıxaracaq. Belə ki, əvvəl 56 min manata təklif edilən “Range Rover”in qiyməti 14 min manat ucuzlaşaraq 42 min manata, 23 min manata təklif edilən BMW isə 5 750 manat aşağı – 17 250 manata çıxarılacaq.

V.Hacıyevin cinayəti ilə bağlı müsadirə edilmiş avtomobillərdən yalnız birinə – “Bentley Continental GT”yə alıcı tapılıb. 65 min manata təklif edilən “Bentley” üçüncü hərracda 6 500 manat endirimlə – 58 500 manata satılıb.

Qeyd edək ki, “Range Rover”i (həmin vaxt qiyməti 100 min manatdan çox olub – red.) Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev, BMW-ni isə həyat yoldaşı Cülyetta İbrahimova sürüblər.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05