“Vinni Pux”un yaradıcısı vəfat etdi

media-hightechnic-468x90

“Vinni Pux” və “Bremen şəhərinin Musiqiçiləri” filmlərinin yaradıcı-animatorlarından biri olan Violetta Kolesnikova vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə onun çalışdığı “Şar” studiyasının mətbuat xidməti məlumat yayıb. 83 yaşında vəfat edən Kolesnikovanın ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, 1959-cu ildən “Soyuzmultfilm”də çalışan Violetta “Matç – revanş”, “Mavi bala”, “Film, film, film” kimi cizgi filmlərinin hazırlanmasında da iştirak edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600