“Volkswagen” şirkəti 1 milyard avro cərimələnib.
Yenicag.az xəbər verir ki, buna səbəb müştərilərinə hiylə gəlməsi olub.
Almaniyanın əyalət məhkəməsinin qərarı ilə şirkətin 2007-2015-ci illərdə karbon qazının emissiyasının aşağı olduğunu göstərən proqramla təchiz edilmiş 10 milyondan çox dizel motorlu avtomobil satdığı məlum olub.
Satılan maşınlardan 600 mini hazırda ABŞ-da istifadə olunur. Şirkət dövlətə ödəyəcəyi pul cəzasından başqa, müştərilərə ödəniləcək təzminat, avtomobillərin yenidən təmiri və digər işlərə 30 milyard avro xərcləməli olacaq.
“Volkswagen” rəhbərliyi bu hiyləgərliyi etdiklərini etiraf edib və üzr istəyib.
Qeyd edək ki, bu, ölkədə bir şirkətə verilən ən yüksək cəza olub.
www.yenicag.az