!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Volt"un pərdəarxası BAĞLANMA SƏBƏBLƏRİ: “Yüzlərlə gənc işsiz qalacaq” – ŞOK AÇIQLAMA

!Reklam – Yazi

“İstənilən halda “Volt Azərbaycan” MMC-nin bağlanması iqtisadiyyatımıza ziyan vuracaq və yüzlərlə gəncin işsiz qalmasına səbəb olacaq”.

Bunu “Wolt Azərbaycan”nın fəaliyyətinin dayandırılmasının ölkə iqtisadiyyatına təsirlərini şərh edərkən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Yenicag.az-a açıqlamasında deyib.
O, “Volt Azərbaycanın” müəyyən siyasi səbəblərdən bağlandığını bildirib:

“Volt Azərbaycan”ın fəaliyyətinin dayandırılması ilə bağlı AQTA-nın göstərdiyi səbəblər real olsa belə bu, hər hansı bir şirkətin bağlanmasına gətirib çıxarmamalıdır. Artıq son bir neçə gündür ki, kuryerlərlə bağlı müəyyən problemlər ortaya çıxıb. Onların idarə etdikləri mopedlər yol polisləri tərəfindən müxtəlif arqumentlər irəli sürülərək cərimə meydanlarına aparılır.
Kuriyer kimi çalışan gənclər qazancları çox az olduğu üçün öz haqlarını tələb edirdilər. Sonradan gördülər ki, onlar artıq təşkilat, işçi masası yaradırlar. Müəyyən qüvvələr də bunun qarşısını almaq üçün çarəni “Volt Azərbaycan” MMC-ni bağlamaqda gördü. Yəni “Volt Azərbaycan” MMC-nin bağlanmasının heç bir iqtisadi səbəbi yoxdur. Bütün səbəblər siyasidir. Əslində AQTA siyasi sifarişi yerinə yetirir.
Mən özüm də “Wolt”un xidmətlərindən dəfələrlə istifadə etmişəm. İndiyə kimi də heç bir narazılığım olmayıb. Yəni narazılıq əsasən müştərilərdən gəlməlidir. Birinci növbədə müştəri şikayəti olmalı, daha sonra yoxlamalar aparılmalıdır.
İstənilən halda “Volt Azərbaycan” MMC-nin bağlanması iqtisadiyyatımıza ziyan vuracaq və yüzlərlə gəncin işsiz qalmasına səbəb olacaq”.

Sadiq Cavadov

www.yenicag.az

566
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv