!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vüqar Rəhimzadə Ordubadda seçicilərlə görüşdü

!Reklam – Yazi

Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 6 saylı Ordubad-Culfa seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Vüqar Rəhimzadənin Ordubad rayonunun Aza, Sabirkənd, Gilançay, Biləv, Behrud və Parağa kəndlərində seçicilərlə görüşləri keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı yolunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla qeyd edilib.

Görüşlərdə YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli yoldan geniş bəhs edib. Bildirib ki, YAP yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanaraq daim Azərbaycanın uğurlu gələcəyinə davamlı töhfələr verir. 1 sentyabr seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı altında qatılan partiyanın seçki platformasında yeni mərhələnin hədəfləri öz əksini tapıb. Bu hədəflərə doğru inamla addımlamaq, onların həyata keçirilməsinə nail olmaq üçün 1 sentyabr -parlament seçkilərində fəallıq göstərməli, səsimizlə Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olmalıyıq.

Etibar İsmayılov deputatlığa namizəd Vüqar Rəhimzadə haqqında seçicilərə məlumat verib.

Deputatlığa namizəd Vüqar Rəhimzadə Azərbaycanın dünyaya təqdim edilən təkmil inkişaf modelindən danışıb. Qeyd edib ki, bu uğurumuzun əsasında Ümummilli Lider Heydər Əliyevin bugünümüz və gələcəyimiz üçün müəyyənləşdirdiyi inkişaf strategiyası və onu son 20 ildən artıq dövrdə Prezident İlham Əliyevin uğurla davam etdirməsi dayanır. Azərbaycan ən yüksək zirvələri fəth edir. Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası fonunda yaranan yeni reallıqlar Yeni Azərbaycan Partiyasının da qarşısında mühüm vəzifələr qoyur. Partiyanın yeni dövrlə bağlı hədəfləri seçki platformasında seçicilərə təqdim edilib.

Vüqar Rəhimzadə Azərbaycanı qarşıdakı dövrdə daha möhtəşəm zəfərlər gözlədiyini böyük əminliklə qeyd edərək bu çağırışı edib ki, 1 sentyabr-parlament seçkilərində layiqli namizədlərə səs verək! Vüqar Rəhimzadə seçiciləri əmin edib ki, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı əməli fəaliyyəti ilə doğruldacaq.
Tədbirdə Fərman Rəsulov, Qəmbər Mehbalıyev, Nəriman Əliyev, Tofiq Əliyev, Xəyal Fətəliyev, Salman Fətəliyev, Məhərrəm Əliyev və başqaları çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyasının hər bir seçki prosesində qələbə qazanması qaçılmazdır. YAP xalqın partiyasıdır. YAP daim dövlətə, dövlətçiliyə xidmət edir, xalqın yüksək rifah şəraitində yaşamasının təmin olunmasına öz töhfələri ilə diqqətdədir. Çıxış edənlər seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

COP29

www.yenicag.az

325
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv