!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vüsal Novruzovun qara günləri başlayır - Səfər Mehdiyevin təyinatı kimləri "odladı"?

!Reklam – Yazi

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırıb.

Yenicag.az xəbər verir ki, süpriz təyinatlardan biri də Dövlət Gömrük Komitəsi ilə bağlıdır.

Belə ki, komitənin Vergilər Nazirliyinə birləşdiriləcəyi deyilsə də, bu, şaiyə olaraq da qaldı. Bəziləri Aydın Əliyev yenidən vəzifədə qalacağına inanırdı. Ancaq son nəticədə Aydın Əliyev müavini Səfər Mehdiyevlə əvəz olundu.

Maraqlıdır ki, bir müddət öncə mətbuatda Səfər Mehdiyevin “vurulduğu”, bütün səlahiyyətlərinin əlindən alındığına dair xəbər dolaşırdı. Bu xəbərlərin əksəriyyətinin də Bakı Baş Gömrük idarəsinin rəisi Vüsal Novruzova yaxınlığı ilə seçildiyi iddia olunan bəzi saytların tirajlaması diqqət çəkirdi.

Sözsüz ki, bu da iki dövlət məmurunun soyuq müharibəsindən xəbər verirdi. İndiki durumda isə Vüsal Novruzov müharibəni uduzmuş hesab olunur. Çünki Novruzovun yeni komitə sədrinin islahatlarının qurbanı olacağı gözlənilir.

Qısacası, Gömrük Komitəsində yarpaq tökümünün Bakıdan başlayacağı ehtimal olunur.

COP29

www.yenicag.az

14872
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv