!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Washington Post” Prezidentin Novruzu Şuşada qeyd etməsindən yazdı

!Reklam – Yazi

ABŞ-ın “Washington Post” qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramını 2020-ci ilin noyabr ayında erməni işğalından azad olunmuş, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində qeyd etdiyi haqqında məqalə dərc edib.

Yenicag.az xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin Novruz bayramını təntənəli tonqal yandıraraq qeyd etdiyi vurğulanır.

Materialda deyilir ki, əsrlər boyu Azərbaycan mədəniyyətinin mərkəzi olan Şuşa 1992-ci ildə Dağlıq Qarabağda erməni separatizmi nəticəsində baş vermiş Ermənistan-Azərbaycan müharibəsi zamanı Ermənistanın nəzarətinə keçib. Qeyd olunur ki, şəhərin azad olunması həm simvolik, həm strateji baxımdan vacib addim idi.

“Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi”,- bu sözləri İlham Əliyev ənənəvi Novruz tonqalı yandırdıqdan sonra söyləyib.

Prezident daha sonra deyib: “Bəli, Şuşa dağıntılara məruz qaldı, Şuşada tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və bu gün Şuşada olarkən bir daha bunun canlı şahidi oluruq”.

Qeyd olunur ki, keçən il altı həftəlik müharibədə Azərbaycan uzun müddət Ermənistanın işğalı altında olan ərazilərə nəzarəti bərpa edib.

www.yenicag.az

510
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv