“WhatsApp” istifadəçilərinə Xəbərdarlıq

media-hightechnic-468x90

iphone-wtahts-2Hakerlər “Emirates” şirkətinin reyslərinə pulsuz bilet vəd edərək fərdi informasiyanı toplayırlar.

İstifadəçiyə “Emirates” şirkəti ilə uçuşlar təcrübəsi haqda bir neçə suala cavab vermək və anketi 10 “WhatsApp” istifadəçisi ilə bölüşmək təklif edilir.

Şərtləri yerinə yetirdikdə “uduş”a görə təbrik edilir və “mükafat”ın rəsmiləşdirilməsi üçün aviaşirkətin saytına keçmək təklif olunur. Reallıqda isə istinad kənar saytadır və istifadəçi “təşkilatçılarla əlaqə yaratmaq üçün” mobil telefonunun nömrəsini qeyd etməlidir. Nömrə bahalı SMS xidmətlərə abunə üçün istifadə ediləcək.

Ekspertlər ingilis, alman, ispan və portuqal dillərində spam göndərmələr və müvafiq saytlar aşkar ediblər.

İstifadəçilərə “WhatsApp” messencerində spama məhəl qoymamaq, belə “aksiyalarda” iştirak etməmək və şübhəli saytlarda fərdi informasiyanı daxil etməmək tövsiyə edilir.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600