“Whatsapp”dan mühüm YENİLİK: Səsli mesajları status kimi dərc etmək mümkün olacaq

media-hightechnic-468x90

Tezliklə “WhatsApp” istifadəçilərinə səsli mesajları status kimi dərc etməyə icazə veriləcək.

Belə ki, bu funksiya artıq “Android” üçün sınaqdan keçirilib.

Bu dəfə yenilik tətbiqin “iOS” üçün ən son beta versiyasında tapılıb.

Qeyd olunur ki, statusda 30 saniyəyə qədər səsli qeydləri dərc etmək mümkün olacaq. Bu halda, istifadəçilərə statusa mətn də əlavə etmək imkanı veriləcək.

Yeniliyin mesencerin sabit versiyasının istifadəçiləri üçün nə zaman əlçatan olacağı məlum deyil.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600