!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaçatryanın qardaşı vəzifəyə gətirilir – Erməni deputatlar bu təyinatı boykot edir

!Reklam – Yazi

Ermənistanda hakimiyyətdə olan “Vətəndaş müqaviləsi” partiyasına Kassasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi David Xaçaturyanı Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə seçmək üçün yuxarıdan göstəriş verilib.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Qəzetin məlumatına görə, baxmayaraq ki, fraksiya özü Xaçaturyanın bir vəzifədən digərinə “tullanmaq” vərdişinə görə onun namizədliyindən razı deyil.

“Fraksiyada müzakirə mövzusu odur ki, son il yarım ərzində o, bir neçə dəfə vəzifə dəyişib və bu vəzifəyə parlament tərəfindən hökumət vasitəsilə seçilib. Dörd gün əvvəl Xaçaturyanın seçilməsi məsələsi parlamentin gündəliyinə salınsa da, təxirə salınıb və o, səhhətində yaranan problemlə əlaqədar parlamentə gələ bilməyəcəyi açıqlanıb”, – deyə məlumatda qeyd edilir.

Erməni nəşrinin hökumətdəki mənbəsinin sözlərinə görə, gecikmənin səbəbi, ümumiyyətlə, onun səhhətindəki problem deyil, əksinə, deputatların sessiyada iştirak etməməsidir.

“Həmin gün hakim fraksiyasın 65 üzvü parlamentin iclasında iştirak etməmişdi, onların çoxu ezamiyyətdə idi. Ali Məhkəmənin hakiminin seçilməsi üçün 65 səs lazımdır. Maraqlıdır ki, “Vətəndaş müqaviləsi” fraksiyasının iclasından sonra Konstitusiya Məhkəməsinin hakiminin seçilməsi məsələsinin müzakirə olunduğu rəsmən elan edilsə də, fraksiya bizi bunun əksinə inandırmağa çalışır. Bir neçə həftə əvvəl isə onlara Xaaçturyanın “lehinə” səs vermək tapşırılıb”, – nəşr yazır.

Xatırladırıq ki, Ermənistan Konstitusiya Məhkəməsinin hakimliyinə namizəd Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryanın qardaşıdır.

Rafi Müslümov

COP29

www.yenicag.az

151
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv