!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaçmazda açıq ərazilərdə yanğınlar oldu

!Reklam – Yazi

Xaçmazda açıq ərazilərdə yanğınlar olub.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

“112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Tikanoba kəndi yaxınlığında dənizə yaxın açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, təxminən 1 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hava şəraitinin küləkli olmasına baxmayaraq, yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülməsi təmin edilib.

Eyni zamanda, Xaçmaz rayonunun Mürşüdoba kəndi yaxınlığında açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Yanğınla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

COP29

www.yenicag.az

315
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv