Xaçmazda avtomobil daş hasara çırpıldı: Xəsarət alanlar var

media-hightechnic-468x90

Xaçmaz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Xudat-Nabran yolunun Müqtədir kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Opel Astra” markalı minik avtomobili hərəkətdə olarkən qarşısında qəfil manevir edən digər maşını vurmamaq üçün istiqamətini dəyişib, nəticədə isə idarəetmədən çıxaraq yol kənarındakı mişar daşından tikilən hasara çırpılıb. Qəza zamanı Bakı şəhər sakinləri, 1986-cı il təvəllüdlü Samir Qurban oğlu İsayev, 1979-cu il təvəllüdlü Elnur Qurban oglu İsayev və 1968-ci il təvəllüdlü Cavid Əliheydər oğlu Fərmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma başlanılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600