Xaçmazda meşə zolağında yanğın baş verdi

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Qımılqışlaq kəndində meşə zolağında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Bu barədə Yenicag.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa