Xaçmazda qadın gənc oğlanı bıçaqlayıb

media-hightechnic-468x90
ıpoXaçmaz rayonunda bıçaqlanma faktı qeydə alınıb.

Xaçmaz rayonunun Armudpadar kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Famil Əhliman oğlu bu gün gecə saatlarında ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəstəxanadan verilən məlumata görə, əməliyyat olunan yaralının vəziyyəti ağırdır.

media-banner_tuq

Xaçmaz rayon Polis Şöbəsindən  verilən məlumata görə, xəsarət alan şəxs ilkin ifadəsində yıxıldığını bildirib. Amma aparılan əməliyyat axtarış tədbirləri nəticəsində onun Quba rayonunun Alpan kənd sakini, 1989-cu il təvəllüdlü Bələdova Aygün Gülağa qızı tərəfindən bıçaqlandığı məlum olub.

Hadisəni törədən xanım polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar davam etdirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05