Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xaçmazda sürücüləri gözləyən "sürpriz" - FOTOREPORTAJ

Xaçmaz şəhərinin N.Nərimanov küçəsində aparılan yol-təmir işləri sakinləri sevindirməli olduğu halda, onları narahat etməyə başlayıb.

Yenicag.az xəbər verir ki, yola xəbərdarlıq işarələrinin qoyulmadığı üçün sürücülər gecə vaxtı “sürprizlərlə” rastlaşırlar.

2012-ci il, aprelin 19-da Xaçmaz şəhər sakini Novruzov Bəhruz Vahid oğlu idarə etdiyi 90-TJ-426 dövlət nömrə nişanlı, “VAZ 21-06”  markalı avtomobillə dəmiryol vağzalından gələrkən, yolda heç bir xəbərdarlıq işarəsi olmadığı üçün qəfildən küçənin ortasına qoyulmuş daş betonlara çırpılıb.

Nəticədə xəsarət alan olmasa da, avtomobilə külli miqdarda ziyan dəyib.

Məsələni araşdırmaq üçün Dövlət Yol Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən bildirildi ki, bu məsələ ilə əlaqələri yoxdur. Çünki sifarişçi “Azərsu”, icraçı isə Xaçmaz rayon İcra Hakimiyyətidir.

Xaçmaz rayon icra hakmiyyətinin başçısının müavini Bəxtiyar Osmanovla əlaq saxladıq. O, bildirdi ki, N.Nərimanov küçəsində işi “Azərsu” görür:

“Orada yol-təmir işini “Azərsu” həyata keçirir. Kanalzasiya sistemini quraşdırdıqdan sonra yolu asfaltlayırlar”.

Məsələni diqqətimizdə saxlayacağıq.

Səxavət Məmməd

www.yenicag.az

2908
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100