Xaçmazdakı qətlin üstü 1 ildən sonra açıldı-Foto
Ötən il yanvar ayında Xaçmaz rayonunda baş verən dəhşətli qətlin üstü açılıb.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, qətlin üstü Xaçmaz polisinə daxil olan əməliyyat məlumatlarına əsasən açılıb.
Araşdırlamar zamanı 2014-cü il yanvar ayından itkin düşən 44 yaşlı Bünyat Seyidovun həyat yoldaşı 39 yaşlı Şamama Seyidova və oğlu 18 yaşlı Əmir Seyidov tərəfindən öldürüldüyü məlum olub.
Bünyat Seyidov tək lülə tüfənglə qətlə yetirildikdən sonra həyat yoldaşı və oğlu tərəfindən xalçaya bükülərək həyətdə yerləşən tualetin quyusuna atılıb. Qətldə təqsirli bilinən hər iki şəxs həbs edilib.
Xaçmaz Prokurorunun müavini İlkin Bağırovun bildirdiyinə görə, hadisənin üstü mərhumun qardaşlarının itkin düşməsi ilə bağlı müraciəti ilə əlaqədar aparılan araşdırmalar zamanı açılıb.
Faktla bağlı cinayət işi açılıb.
Əlavə məlumat veriləcək…