"Xainlər Türkiyəni öz "silahları" ilə ələ keçirməyə çalışırdılar" - Hadi Özışık

media-hightechnic-468x90

“Türkiyə mediasının 15 iyul gecəsi göstərdiyi fəaliyyət əsl fədakarlıq idi”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Bakıda təşkil olunan Beynəlxalq Media Forumu çərçivəsində “Vətəni qorumağın yeni adı – 15 iyul” başlıqlı 2-ci panelinə sədrlik edən “İnternethaber” Haber Portalının baş redaktoru Hadi Özışık deyib.

Özışık çıxışında 2016-cı il 15 iyul gecəsi yaşanan hadisələrlə bağlı bəzi xatirələrini bölüşüb:

“Çevrilişə cəhd edənlər hər kəsi evlərinə getməyə səsləyirdi. R.T.Ərdoğan dövrünün bitdiyini qışqıraraq insanlara hücum edirdilər. İndi baxırıq ki, o gecə sadəcə, komediya idi. Xain bir qrup şəxs Türkiyəni öz “silahları” ilə ələ keçirməyə çalışırdı. O gecə cəmiyyətə səslənən prezident Rəcəb Tayyib Ərdoğan xalqı birlik olmağa çağırdı. Prezidentin xalqa çağırışı çox şeyi həll etdi.

Bütün media bu məsələnin üzərinə getdi. Media mənsublarımız o gecə xalqla birlikdə küçələrdə qaldı. İnternet mediasının 15 iyul gecəsi tirajladıqları az bir şey deyildi, burdan təkrar təşəkkür edirik”

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa