Xakkerlərimiz erməni saytlarını dağıtdılar
Azərbaycanlı xakkerlər 20 yanvar faciəsinin ildönümü ilə bağlı olaraq 20-dən çox erməni saytını dağıdıblar.
Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, özlərini Az-Security Team kimi təqdim edən xakkerlər 25 il bundan əvvəl tökülən qanların yerdə qalmaması üçün ermənilərə virtual olaraq ən ağır cavab verdiklərini bildiriblər.
Dağıdılmış saytlarda isə 20 Yanvar faciəsi barədə məlumat yerləşdirilib.