Xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair Dövlət Proqramı təsdiqləndi

media-hightechnic-468x90

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək, Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncam xalçaçılıq ənənələrinin qorunması və inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədi daşıyır.
Sosial səhifə

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600