!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: “Danışırsan, pis olursan, danışmırsan, musiqin batıb gedir”

!Reklam – Yazi

“Danışırsan, tənqid edirsən, özün pis olursan, danışmırsan da, musiqin batıb gedir. Ona görə də məcbursan, susasan”.

Bu sözləri tanınmış xanəndə, Xalq artisti Zabit Nəbizadə musiqimizin qarşılaşdığı problemlərlə bağlı fikirlərini bölüşərkən Yenicag.az-a açıqlamasında deyib.

Xanəndə bu gün oynaq və bayağı mahnıların daha çox tələb olunduğunu təəssüf hissi ilə bildirib:

“Yadımdadır, mənim yeniyetməlik dönəmimdə deyirdilər, bir mahnı oxu, qulaq asaq. Demirdilər ki, bir mahnı oxu, oynayaq. Oynamaq üçün o qədər gözəl rəqs havalarımız var. “Tərəkəmə”, “İnnabı”, “Heyvagülü”, nə qədər istəyirsən, oyna. Əvvəllər adlı-sanlı adamların öz havaları var idi, toya gələndə onun havası çalınırdı. Hamı da bilirdi bunu. Yəni demək istəyirəm ki, mahnı dinləmək, zövq almaq üçündür, rəqs etmək üçün yox. Keçmişdən fərqli olaraq indi bir məclisə gedəndə deyirlər, bir mahnı oxu, oynayaq. Elə efirlərə dəvət edəndə də çox vaxt deyirlər ki, bir oynaq mahnı oxu. Yaxud da, “Zabit müəllim, muğamı bir az qısa elə”. Deyirəm, qardaş, mən muğam oxuyanam e, bura oynaq mahnılar oxumağa gəlməmişəm. Təbii ki, onlar deyəni etmirəm, öz repertuarımı oxuyuram. Bəzən dəvət etsələr də, heç o verilişlərə getmirəm. Çünki danışırsan, olursan pis. Bir söz var e, desəm, öldürərlər, deməsəm ölləm. Hər aşiqin bir dövranı var. İndi gündəm, reklam, pul qazanmaq, toy tutmaq naminə çox vaxt bayağı mahnılar oxuyurlar. Bütün dövrlərdə belə olub. Amma o mahnıların ömrü çox olmur. Hamısı zamanın ələyindən keçir”.

Cəvahir

COP29

www.yenicag.az

648
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv