Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Xalq artisti: “Elə et ki, öləndə dalınca rəhmət oxusunlar”

“Heyf ki, səhnəni vaxtsız tərk etdi. Gərək küsüb getməyəydi”.

Xalq artisti, tanınmış aktyor Rafiq Əzimov Yenicag.az-a ötən il dünyasını dəyişən həmkarları ilə bağlı danışarkən, bu sözləri Səfurə İbrahimova barədə deyib.

Aktyor həmkarlarının itkisindən sarsıldığını bildirib:

“Ötən il çox dəyərli həmkarlarımızı itirdik. Hamısının ölümü məni yandırır. Onlardan biri də Səfurə İbrahimovadır. Mən onu hələ məktəb illərindən tanıyırdım, istedadlı, gözəl-göyçək qız idi. Heyf ki, uzun illər öncə səhnədən ayrıldı, küsüb teatrı tərk etdi. Amma gərək belə etməyəydi, sənətinin qədrini biləydi. Bu sənət çətin sənətdir, paxılların, bədxahların ola bilər. Gərək hər şeyə rəğmən duruş gətirə biləsən. Biz səhnənin tozunu uda-uda gəlib çatdıq bu yaşa. Bizi qazanc, maddiyyat düşündürmürdü. Çünki yalnız səhnəni düşündük. Gərək elə sənətkar olasan, elə yaşayasan ki, öləndən sonra dalınca rəhmət oxusunlar. Dünyasını dəyişən sənət dostlarım da bu rəhməti qazanıb”.

Cəvahir

Loading...

www.yenicag.az

1073