Xalq artisti GÜNLÜK XƏRCİNİ AÇIQLADI: "Yığdıqlarım 100 yaşıma qədər bəs edər"
“Yaxşı dostlarım var, cibimə paçka-paçka” pul qoyurlar”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni xalq artisti Bilal Əliyev “Tarixin bir günü” verilişində deyib.
Sənətçi bundan sonra toylara getməsə də, “yığdıqları”nın ona 100 yaşına qədər bəs edəcəyini deyib:
“İndən belə heç nə qazanmasam da, 100 yaşa çata bilsəm, o vaxta qədər özümü və ailəmi qaranta almışam. Pulum çatar yaşamağa. Günümə 100-150 manat xərcləsəm, mənə bəs edər. Bu da etsin ayıma təxminən 4 min manat. Bəyəm mən elə-belə oxuyanam? Üç günə, beş günə o pulu qazanıram. Belə də ki, yaxşı dostlarım var, cibimə “paçka-paçka” pul qoyur”.
Nehru












