Reklam: High Technic
hightechnic

Xalq artisti: "Həkimlər əməliyyata icazə vermir"

Xalq artisti Yalçın Rzazadə səhhəti ilə bağlı problemlər yaşadığını deyib.

Yenicag.az-a açıqlama verən illərin sənətkarı əməliyyat olunmalıdır:

“Öd kisəmlə bağlı problemlər yaşayıram. Qidama fikir verirəm ki, ağırlaşma olmasın. İnsanıq, bəzən adamın ürəyi nəsə istəyir, yeməyə məcbur olursan. Mən də pəhrizi pozanda problemlər yaşayıram. Dünən axşam yağlı yemək yedim, indi ağrıyıram. Əslində bu problemlərdən xilas olmaq üçün əməliyyat olunmalıyam, lakin qan təzyiqim yüksək olduğundan həkimlər buna icazə vermir. Ürəyimdə də müəyyən problemlər yaşadığımdan əməliyyata özüm də razı deyiləm”.

Y.Rzazadə yaradıcılığından da danışıb. Noyabrda Heydər Əliyev Sarayında yaradıcılıq gecəsinin keçiriləcəyini bildirən sənətkar tədbirə hazırlaşdığını deyib.

Cəvahir

www.yenicag.az

2724