!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: “TikTok”da film adına elə şeylər çəkib paylaşırlar ki…”

!Reklam – Yazi

“Hara dəvət edirlərsə, gedib çəkilirəm. Oturub gözləmirəm. Amma deyə bilmərəm ki, kinomuzla bağlı hər şey ürəyimcədir. Çox istərdim ki, dövlət sifarişi ilə çəkilən böyük ekran işlərində rol alım. Amma bayram günündə istəmirəm, tənqidi fikirlər səsləndirim…”

Bunu tanınmış aktyor, Xalq artisti Şamil Süleymanlı Kino Günündə təəssüratlarını Yenicag.az-la bölüşərkən deyib.

Aktyor çəkilən filmlərlə yanaşı, tamaşaçılarla da bağlı narazılığını bildirib:

“Elə filmlər var ki, onların efirdə nümayiş etdirilməsinə qarşıyam. Belə filmləri görəndə bədii şuralara, həqiqətən, ehtiyac olduğunu düşünürəm. Amma tamaşaçılardan da narazılığım var. Keçmiş filmlərin nostaljisi ilə yaşayırlar. Amma soruşanda ki, son illər hansı filmlərə baxmısınız, elə filmlərin adını çəkirlər ki, adam utanır. Sosial şəbəkələrdə, “TikTok”da film adına elə şeylər çəkib paylaşırlar ki… Adını da qoyurlar film. Təssüflər olsun ki, dırnaqarası məşhurların çəkdikləri və dırnaqarası aktyorların çəkildikləri o videolar bəh-bəhlə izlənilir və bəyənilir. İndi zövqlər korlanıb”.

Ş.Süleymanlı ən böyük arzusunu da dilə gətirib:

“Ən böyük arzum Şuşaya həsr olunmuş və zəfərimizi əks etdirən bir filmə çəkilməkdir. Fərqi yoxdur, rolum ya böyük olsun, ya kiçik. Əsas odur, möhtəşəm bir film çəkib bütün dünya tamaşaçılarına göstərək. O filmdə mənim uşaqlıq və gənclik illərimdə hər gün addımladığım küçəmiz də yer alsın”.

Cəvahir

COP29

www.yenicag.az

821
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv