Xalq artistindən bacısı qızına sərt qadağa: “İmkan vermərəm öpüşsün” – FOTOLAR

Xalq artisti, tanınmış aktrisa Firəngiz Mütəllibovanın bacısıqızı Gülarə Məmmədova “Qulyabani” filmində baş rola çəkilib. Filmin qala gecəsində aktrisanın xalası F. Mütəllibova da iştirak edib.

Yenicag.az-a açıqlama verən xalq artisti bacısı qızının aktrisa olmasına qarşı çıxdığını bildirib:

“Bacımgil onun aktrisa olmasını istəmirdi. Elə mən də bunun əleyhinə idim. Çox cəhd etdim, danladım, qəti şəkildə etirazımı bildirdim, amma xeyri olmadı. Onu yolundan döndərə bilmədim. Mən özüm bu sənətdə çox əziyyətlər gördüm, ona görə də istəmirdim ki, doğmam da bu əziyyətləri çəksin. Bir dəfə onu çox danladım, gözünün yaşını tökə-tökə yalvardı ki, xala, mən bu sənətsiz yaşaya bilmərəm, mənə mane olma. Ölsəm də, qalsam da, aktrisa olmalıyam. Bu yalvarışın qarşısında heç nə deyə bilmədim. Gülarənin gözlərində sənət qığılcımını görəndə çox uşaq idi. Hələ 4 yaşı olanda mənimlə birgə reklam çarxına da çəkildi və istedadı ilə çəkiliş heyətini təəccübləndirdi. İndi artıq film və seriallarda oynayır”.

Xalq artisti bacısı qızına qoyduğu sərt qadağalardan da danışıb:

“Səhnə tələb edirsə, əlindən tutmaq, yüngülcə toxunmaq olar, amma heç vaxt ona icazə vermərəm ki, yataq səhnəsinə çəkilsin, öpüşsün. Bunu ona qəti qadağan etmişəm. Çünki mentalitetimiz var və bilirəm ki, buna görə ona irad tutacaqlar”.

Cəvahir
Foto: Cəmalə