!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xalq artistindən Hacıbala Abutalıbova SƏRT İTTİHAM: "Nə üçün o, çöldə-bayırda gəzib at oynatmalıdır?"

Tanınmış rejissor, Xalq artisti Əbdül Mahmudbəyov Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovdan şikayətçidir.

Yenicag.az xəbər verir ki, Xalq artisti onun evinin söküldüyünü, lakin qarşılığında mənzillə təmin edilmədiyini, üstəlik, pul da verilmədiyini bildirib.

“Hamının yanında balalarının ölümünə and içdi ki, 10-15 günə səni ürəyin istəyən yerə köçürdəcəm. Mən də arxayın oldum. Sonra gəldim ki, bəs nə oldu? Dedilər ki, Hacıbala müəllim deyib ki, Şeyx 1-2 ay da gözləsin”.

Daha sonra məhkəməyə müraciət etdiyini deyən Şeyx qərarın onun xeyrinə olduğunu və Abutalıbovun bundan qeyzləndiyini qeyd edib:

“Necə yəni mən Hacıbala Abutalıbov, Bakının “xozeyn”i dura-dura “kakoy-nibud” artistin xeyrinə məhkəmə qətnamə çıxardır”.

Şeyx törədilmiş cinayətlərin baiskarı olan Abutalıbovun azadlıqda gəzməsini haqsızlıq adlandırıb. O. bununla bağlı prezidentə də müraciət edib.

 

www.yenicag.az

287
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100