“Onlar nəyəsə etiraz edib çıxmayıblar, Şəfiqədən küsüb gediblər. Vəssalam!”
Bunu Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının bir neçə üzvünün eyni vaxtda qurumu tərk etməsinə münasibət bildirərkən tanınmış rejissor Tahir Tahiroviç Yenicag.az-a açıqlamasında deyib.
Xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü olan rejissor istefaya “haqsızlığa etiraz” donu geyindirilməsinə qarşı çıxıb:
“Bu qarşıdurmalar yarıdıcı təşkilatda deyil, siyasi qrurumda baş verir. Bu, siyasətçilərin yaratdığı bir təşkilatdır. Oradakılar da yaradıcılığa görə o quruma yığışmayıblar. Mənim o qurumdan istefa verənlərə də yağızım gəlir. İnsan gərək özünü o vəziyyətə salmasın. Adama sual verərlər, o quruma üzv olduğun nədir, çıxdığın nə? Bəy dediyin nədir, bəyənmədiyin nə? Bu sadəcə olaraq onların daxili problemləridir. Gedənlər də Şəfiqə Məmmədovadan küsüblər və qurumu tərk ediblər. Hər kəs bilir ki, o qurum Şəfiqə Məmmədovaya görə yaradılıb və onu da sədrliyə elə oradan çıxanlar özləri seçib. Bunu hay-küyə çevirməyə ehtiyac yoxdur. O qurumun Azərbaycan kinosuna, ictimai həyatına qətiyyən heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq binanı tutublar, vəssalam. O qurum adını da dəyişməlidir”.
Cəvahir
www.yenicag.az