Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Xalq şairi: “Bandit” dədəsindən kitab yazdırır, deyir, dədəm qəhrəman olub” - VİDEO

“Dədəsi “bandit” olan adam, onun haqqında kitab yazdırır, deyir, dədəm qəhrəman olub”.

Bunu Yenicag.az-a açıqlamasında xalq şairi Vaid Əziz efirlərdə səsləndirilən mahnıların bayağı mətnlərindən danışarkən deyib.
Şair musiqiyə dəxli olmayan insanların bu işlə məşğul olduqlarını və nəticədə musiqiyə, mədəniyyətə böyük ziyan vurduqlarını bildirib. Vahid Əziz bunun qarşısının alınmasında Bədii şuraların üzərinə böyük məsuliyyət düşdüyünü də vurğulayıb:

”Yerindən qalxan mahnı, musiqi mətni yazır. İllərin bəstəkarının yazdığı mahnının sürətini dəyişir, sonra da çıxıb ortalığa deyir ki, mahnı bəstələmişəm. Hər dəfə bu barədə danışıram, etirazımı bildirirəm ki, mədəniyyətimizə, musiqimizə zərbə vurulmamalıdır. Adam danışdıqca, abırdan-həyadan da düşür. Çünki bunun nəticəsini də görmürük. Əvvəllər Bədii şuralar vardı. Efirdə səsləndirilən musiqiyə nəzarət olunurdu, mahnı mətninə baxırdılar. İndi heç nəyə baxan yoxdur. Bazar iqtisadiyyatı mədəniyyətə də ziyan vurub. Vaxtilə dədəsi “bandit” olan adam, gedib onun haqqında kitab yazdırır, deyir, dədəm qəhrəman olub. Heç kəs araşdırmır ki, bunun axı dədəsi “bandit” olub. Mədəniyyət bazar münasibətləri üzərində qurulub. Kimin gücü, pulu var, bundan istifadə edir, mədəniyyəti də məhv edir”.

Şair məşhur mahnıların yeni versiyalarda səsləndirilməsinin də əleyhinədir. O, belə musiqilərin toxunulmaz olduğunu bildirib.

Cəvahir

www.yenicag.az

1566