Xameneidən kəskin mövqe
Əgər İran nüvə proqramı üzrə Qərbin şərtlərini qəbul etsə belə, Qərb ona qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmayacaq.
Yenicag.az anspress-ə istinadən bildirir ki, İranın dini lideri Əli Xamenei Şərqi Azərbaycan vilayətinin ictimai nümayəndələrilə görüş zamanı bu açıqlamanı edib.
“Qərb İslam inqilabı prinsiplərinə qarşıdır. Mən əminəm ki, İran şərtləri qəbul etsə də, sanksiyalar qüvvədə saxlanılacaq”, – deyə Xamenei vurğulayıb.
Onun sözlərinə görə, İran sanksiyalara qalib gəlməyə və düşmənlərin planlarını iflasa uğratmağa hazırdır: “Əks halda düşmən bizim nüvə proqramımıza sanksiyalar qoymağı davam etdirəcək. Onlar İranın inkişafını saxlamaq üçün sanksiyalardan istifadə edir”.
Xameneinin sözlərinə görə, İran dünyada ən böyük nefti və qaz yataqlarına malikdir və Avropanın bu sərvətlərə ehtiyacı var. Ehtiyac olacağı təqdirdə İslam Respublikası özü Qərbə sanksiyalar tətbiq edə bilər – İranın dini lideri belə söyləyib.