!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xameneyinin nümayəndəsinin Azərbaycanda nə işi var? - "Ocaq Necat ölkəmizdən çıxarılsa da..." - İlahiyyatçılardan ETİRAZ

!Reklam – Yazi

Son günlər İran ölkəmizə qarşı düşmənçilik siyasətini açıq şəkildə yürüdür. Bu fonda İranın Ali dini liderinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaq Necatın ölkəmizdən çıxarılmasının vacibliyi ilə bağlı cəmiyyətdə geniş müzakirələr müşahidə olunur.

Mövzu ilə bağlı ilahiyyatçı Elşad Miri Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycan öz din modelini müəyyənləşdirməlidir:

“Əgər mövcud olan Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Qarabağın işğaldan azad olunmasının İranın dini liderinin fətvası ilə baş verdiyini deyirsə, bu artıq təhlükədir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu gün ağzına su alıb oturmamalıdır. Aidiyyatı qurumlar konkret olaraq öz fikirlərini bildirməlidir. Ölkədə İranın dini liderini təqlid edən kifayət qədər insanlarımız var. Bu gün ölkənin dini rəhbəri kimi təqdim olunan Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri faktiki olaraq İranın ali dini liderini özünə rəhbər kimi qəbul etmiş şəxsdir. Qeyd olunan məsələdə Azərbaycan qəti şəkildə öz sözünü deməlidir və dini özünəməxsus şəkildə düzgün təbliğ etməlidir”.

İlahiyyatçı Elşən Sultanzadə isə öz açıqlamasında bildirib ki, İranın ölkəmizə qarşı sərgilədiyi münasibətin digər səbəbi Azərbaycanda konkret dini sistemin mövcud olmamasıdır:

“Azərbaycanda dini sistem yoxdur. Sistem olmayan ölkəni isə hər kəs hədələyəcək. Ölkədə din sistemi olmadığına görə alternativlər axtarıb tapmışıq. İranın ali dini liderinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaq Necat ölkəmizdən çıxarılsa da, zamanla onun yerinə başqası gətiriləcək.

Əslində, İran çox hiyləgər bir dövlətdir. İran incə siyasət işlətməklə öz maraqlarını daim qoruyan bir ölkədir. Azərbaycanda din xadimlərinin çoxunun başı biznesə qarışdığına görə, İranın din xadimlərinin ölkəmizə qarşı çıxışlarını görməzdən gəlirlər”.

Gülşən Şərif

COP29

www.yenicag.az

9458
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv