!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xanhüseyn Kazımlının deputatlığa namizəd qızı barədə İLGİNC FAKT - FOTO

!Reklam – Yazi

Sosial Rifah Partiyasının sədri, sabiq deputat Xanhüseyn Kazımlının qızı Əsli Kazımova deputatlığa namizədliyini irəli sürüb.

Yenicag.az xəbər verir ki, bu məlumatı Mərkəzi Seçki Komissiyasın təsdiqləyib.

O, namizədliyini 80 saylı İmişli-Beyləqan seçki dairəsindən irəli sürüb və sənədləri Dairə Seçki Komissiyasına təqdim olunub.

Eyni zamanda bu günlərdə sosial şəbəkələrdə Xanhüseyn Kazımlının qızının namizədliyi ilə bağlı dövlət başçısına məktubunun surəti yayılıb. Partiya sədri Prezidentə müraciət edərək qızı Əsli Kazımovanın millət vəkili seçilməsini istəyib: “Əgər icazə versəniz, mən hər hansı dairədən millət vəkili seçilməyimə razı deyiləm. Əvəzimdə isə Sosial Rifah Partiyası sədrinin birinci müavini Kazımova Əsli Xanhüseyn qızının namizədliyini doğulduğum diyardan verərdim…”

X.Kazımlının yazdığı iddia olunan məktubda partiya sədri qızı haqqında ətraflı məlumat verib. Bildirib ki, bir neçə kitabın müəllifi olan Ə.Kazımova 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır. O, qızını sözügedən universitetin “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimi kimi təqdim edib.

Maraqlıdır ki, Əsli Kazımovanın Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi sənədlərdə isə onun “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətində şöbə müdiri kimi çalışdığı qeyd olunub. Məlumatı dəqiqləşdirmək üçün Ə.Kazımova ilə əlaqə saxlamağa çalışdıq. Telefon dəstəyini götürən və özünü Əsli Kazımovanın köməkçisi kimi təqdim edən şəxs namizədin bu barədə danışmaq istəmədiyini bildirdi./Publika.az/

www.yenicag.az

1049
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv