Xanım idmançımızda dopinq tapıldı – FOTO

media-hightechnic-468x90

Boyanka-Kostova-of-Azerba-009Azərbaycanın daha bir idmançısında dopinq aşkarlanıb.

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası 2012-ci il London Yay Olimpiya Oyunlarında dopinq-testi müsbət nəticə verən atletlərin siyahısını açıqlayıb.

Həmin idmançılar arasında Azərbaycanın ağırlıqqaldıranı Boyanka Kostova da var. Federasiyanın yaydığı məlumata görə, idmançıda dehidroxlorometiltestosteron və stanozolol anabolik preparatları aşkarlanıb.

Qeyd edək ki, Boyanka Kostova “London-2012″də 5-ci yeri tutub. O, dünya (2015) və 3 qat Avropa (2012, 2015, 2016) çempionudur. Onun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında itirakı hələ təsdiqlənməyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600