Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xankəndi boşaldıldı: Rus jurnalist şəhərdən canlı yayım etdi – VİDEO

Azərbaycan Ordusunun əks-hücum əməliyyatları qondarma Dağlıq Rejiminin inzibati mərkəzi olan Xankəndində təşvişə səbəb olub. 

Yenicag.az xəbər verir ki, orada yaşayan ermənilərin bir hissəsi şəhəri tərk edib, bir hissəsi isə zirzəmilərə doluşub.

Bu Rusiya telekanalının Xankəndindən hazırladığı süjetdən də aydın görünür. Rusiya jurnalist şəhərdə səssizlik olduğunu, əhalinin zirzəmilərdə gizləndiyini bildirib.

“Xankəndi səhər saatlarında belə görünür. Şəhərdə çox az insan və çox az maşın var. Yerli əhali deyir ki, bu normal deyil. Sülh dövründə şəhərdə daha çox hərəkətlənmə olur. 1992-ci ildən bu yana ilk dəfə olaraq əhali bombardmandan qorunmaq üçün zirzəmilərdə gizlənib”, – deyə jurnalist qeyd edib. /Yenisabah/

www.yenicag.az

210