Xankəndidə ictimai nəqliyyatda NFC və QR ödəniş sistemi
25 aprel tarixindən etibarən Xankəndi şəhərindəictimai nəqliyyat sistemində rəqəmsal ödəniş həllərinintətbiqinə başlanılır.
“K-Group” MMC tərəfindən həyata keçirilən yeniliyəəsasən, sərnişinlər artıq avtobuslarda NFC texnologiyası və QR kod vasitəsilə təmassız ödənişimkanlarından istifadə edə biləcəklər.
Layihə çərçivəsində şəhər ərazisində “CityCard” və“MilliÖn” terminalları quraşdırılacaq, eyni zamandasərnişinlər üçün “BakıKart”, “CityCard-Qarabağ” kartlarının istifadəsi təmin ediləcək.
İlkin mərhələdə sistem 3 marşrut xətti üzrə fəaliyyətgöstərəcək. 1, 2 və 3 nömrəli xətlər üzrə ümumilikdə10 avtobus sərnişinlərin istifadəsinə veriləcək.
İstifadəçilər “BakıKart” və “CityCard-Qarabağ” kartlarının balansını “Birbank”, “M10” və “BakıKart” mobil tətbiqi vasitəsilə asanlıqla artıra biləcəklər. Bununla yanaşı, QR kod vasitəsilə balans yüklənməsidə mümkün olacaq.
Tətbiq olunan bu yenilik sərnişinlər üçün ödənişprosesini daha sürətli və rahat etməklə yanaşı, şəhərdəictimai nəqliyyat xidmətlərinin keyfiyyətininyüksəldilməsinə və müasir rəqəmsal həlləringenişləndirilməsinə xidmət edir.
Layihə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi(AYNA) və “BakuBus” MMC ilə əməkdaşlıqçərçivəsində həyata keçirilir.
“CityCard-Qarabağ” kartı ilə bağlı əlavə məlumat üçün*4343 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Qeyd edək ki, hər bazar ertəsi ilk gediş haqqının 1 qəpik olaraq hesablandığı “1 qəpik Mondays” kampaniyası Xankəndiyə də şamil olunur.













