Xanlar Vəliyevin qardaşı vəzifəsindən azad olundu

media-hightechnic-468x90

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “19 №-li Yol İstismarı” MMC-nin direktoru Şahlar Vəliyev vəzifəsindən azad olunub.

media-banner_tkm

Yenicag.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli Əmr imzalayıb.

Məlumata görə, sözügedən MMC-yə rəhbərlik İntiqam Həsənova həvalə olunub.

Ş.Vəliyev sayta açıqlamasında təqaüd yaşına çatdığına görə vəzifəsindən azad edildiyini bildirib.

Xatırladaq ki, Şahlar Vəliyev 2018-ci ilin martından “19 №-li Yol İstismarı” MMC-yə rəhbərlik edirdi, daha əvvəl 2011-2018-ci illərdə isə Yevlax Telekommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışıb.

O, Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin qardaşıdır.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05