!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaricdə təhsil almış 62 nəfərin diplomu TANINMADI

!Reklam – Yazi

Fevral ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, ötən ay üzrə 268 müraciətçinin 206-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 28, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 10, digər səbəblər üzrə 8 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 87, Ukraynadan 70, Türkiyə Respublikasından 57, Gürcüstandan 16, Amerika Birləşmiş Ştatları 5, digər ölkələrdən isə 33 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 37, iqtisadiyyat üzrə 27, tibb üzrə 20, menecment üzrə 14, beynəlxalq münasibətlər üzrə 10 nəfər müraciətçi qeydə alınıb.

COP29

www.yenicag.az

482
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv