Xarici donorların qrant vermə qaydaları müzakirə edildi-Fotolar

media-hightechnic-468x90

shura__190315_2Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında beynəlxalq təşkilatlar, Azərbaycanda fəaliyyət göstərən səfirliklər və yerli QHT nümayəndələrinin iştirakı ilə “Xarici donorlar tərəfindən Azərbaycanda qrant vermək hüququnun əldə edilməsi qaydası” və “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası” sənədlərinin layihəsi müzakirə edilib.

Müzakirəni açan Şura sədri Azay Quliyev sənəd layihələrinin xarici donorların Azərbaycanda fəaliyyətini beynəlxalq hüquq normaları çərçivəsində tənzimləmək və bu yöndə şəffaflığı artırmaq məqsədi daşıdığını bildirib. A.Quliyev müzakirədə səslənəcək təkliflərin sənəd layihələrinin təkmilləşdirilməsi üçün vacib olduğunu vurğulayıb. Ədliyyə Nazirliyi Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov təqdim edilmiş sənəd layihələrinin “Qrant haqqında” qanun və donorluq fəaliyyətinə aid başqa normativ hüquqi aktlar əsasında hazırlandığını qeyd edib.

Çıxış edən beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri – Məhəmməd Quluzadə (Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz), Derek Hoqan (ABŞ səfirliyi), Olli Norojono (Asiya İnkişaf Bankı), Aleksandra Nerisanu (Avropa İttifaqı Bakı Ofisi), Özlem Canel (Hollandiya səfirliyi), eləcə də yerli QHT rəhbərləri Razi Nurullayev, Azər Həsrət, Rufiz Qonaqov, Əliməmməd Nuriyev, Rəfail Becanov, Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Sahib Məmmədov və başqaları sənəd layihələri ilə bağlı öz fikir və təkliflərini bildiriblər.

Müzakirələrə yekun vuran Şura sədri Azay Quliyev sənəd layihələrinin daha da təkmilləşdirilməsi üçün səslənmiş bütün təkliflərin diqqətlə öyrəniləcəyini və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yekun variantın beynəlxalq donor və digər təşkilatlara təqdim ediləcəyini diqqətə çatdırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600