XƏBƏRDARLIQ: Bu şəxsləri 2 min manatadək cərimə gözləyir - Qanun imzalandı

media-hightechnic-468x90

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiqləyib.

Yenicag.az xəbər verir ki, qanuna əsasən, inzibati xətalar haqqında işlərə baxılması səlahiyyətinə aid edilməmiş vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə qərarın və ya həmin qərardan verilən şikayətə baxılma haqqında qərarın çıxarılmasına görə cərimə müəyyənləşib.

Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 596.4-cü maddədə əksini tapıb.

Maddədə qeyd olunub ki, inzibati xətalar haqqında işlərə baxılması səlahiyyətinə aid edilməmiş vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə qərarın və ya həmin qərardan verilən şikayətə baxılma haqqında qərarın çıxarılmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600