Xərçəngdən əziyyət çəkən məşhur diktor: “Yolda ölməkdən qorxuram”

media-hightechnic-468x90

Xalq artisti, məşhur diktor Rafiq Hüseynov gələn ayın əvvəlində müayinə olunmaq üçün Türkiyəyə gedəcək.

Bu barədə Yeniçag.az-a açıqlama verən diktor səhhətindən də danışıb:

“Əslində, bu xəstəlik ağrılarsız keçir. Tək bu olsaydı, dərdyarı idi. Başqa xəstəliklərim də bir-birinə qarışıb. Buna görə ağrılarım var, amma dözürəm. 70 yaş öz sözünü deyir. Fevralın əvvəli müayinə olunmaq üçün xaricə gedəcəm. Görək həkimlər bu dəfə nə deyəcək. Amma qorxuram ki, heç həkimlərə özümü çatdıra bilməyim elə yolda ölüm”.

Qeyd edək ki, Rafiq Hüseynov bir neçə ildir ki, ağciyər xərçəngindən əziyyət çəkir.

 

Cəvahir Səlimqızı

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600