Xərçəngi iki dəfə məğlub etdi, lakin bir yeməklə iflic oldu

media-hightechnic-468x90

ABŞ-ın Arizona ştatında yaşayan 24 yaşlı Triniti Peterson-Meyesin həyatı bir boşqab yeməklə kabusa çevrilib. Uşaqlıq illərində iki dəfə ölümcül xərçəngə qalib gələn gənc qadın, bu dəfə qəbul etdiyi qida nəticəsində iflic olaraq yatağa düşüb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, faciə fermentləşdirilmiş qılınc balığının qəbulundan sonra baş verib. Yeməkdən cəmi bir neçə gün sonra Trinitinin səhhəti sürətlə pisləşib.

Xəstəxanaya yerləşdirilən gənc qadına nadir rast gəlinən botulizm (qidalanma mənşəli iflic) diaqnozu qoyulub.

Təcili yardım həkimi Frank LoVekkio botulizmin tibb dünyasında son dərəcə nadir rast gəlindiyini və əksər həkimlərin peşə həyatları boyunca belə bir vaka ilə heç vaxt qarşılaşmadıqlarını bildirib.

Qeyd edək ki, həmin yeməyi qəbul edən altı nəfərdən ikisi də botulizmə yoluxub. Digər şəxslər artıq evə buraxılsa da, Trinitinin sağalması üçün həftələrlə, bəlkə də aylarla davam edəcək intensiv reabilitasiya kursu tələb olunur.

Hazırda gənc qadının danışmaq, udqunmaq və hərəkət etmək kimi əsas bacarıqlarını yenidən qazanması üçün müalicəsi davam etdirilir.

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05