!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xersonun boşaldılması Putinin nüfuzuna böyük və alçaldıcı zərbədir?” - Peskov üçün ÇƏTİN SUAL

!Reklam – Yazi

Rusiya prezidentinin sözçüsü xarici jurnalistin kəskin və birbaşa sualına konkret cavab verə bilməyib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov xarici jurnalistlərdən birinin Xersonun boşaldılmasının ölkə liderinin nüfuzuna zərbə olmasına dair sualını cavablandırmaqdan imtina edib.

Məlunata görə, jurnalist, “Cəmi bir neçə həftə əvvəl Vladimir Putinin təntənəli mərasimdə “Rusiya ilə Xerson əbədi birlikdədir” bəyanatından sonra şəhərin boşaldılmasının ekspertlər tərəfindən Putinin nüfuzuna böyük, hətta alçaldıcı zərbə kimi qiymətləndirilməsini şərh edə bilərsiniz?”, – deyə Peskova müraciət edib.

Peskov jurnalistdən belə bir sual göözləməsə də, cavab verməkdən yayınmağa çalışıb:

“Qulaq asın, o qədər ekspert var ki… Bəzi ekspertlər sizin kimi danışır, bəziləri isə başqa cür. Biz o ekspertlərin heç birinin dediklərinə şərh vermək istəməzdik. Xüsusi əməliyyat davam edir”.

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv