Xəstələrin 17 manatlıq yemək payı hara gedir, VİP palatalar kim üçündür? – 1 SAYLI XƏSTƏXANDA NƏ BAŞ VERİR?

media-hightechnic-468x90

1430300570_sumqayit-01-624x357Baş həkim isə deyir ki, şikayət edən şəxsin psixoloji durumu qaydasında deyil

Ölkəmizdə bütün sahələrdə olduğu kimi Səhiyyə sahəsində də inkişaf meyilləri var. Bu gün paytaxtımızda çox az sayda təmir olunmamış xəstəxana, poliklinika görmək mümkündür. Regionlarımızda da vəziyyət ürəkaçandır. Respublikanın bütün şəhər və rayonlarında mütəmadi olaraq yeni tibb müəssisələri açılır, köhnələr təmir olunur. Ötən il ölkə prezidentinin Sumqayıt 1 nömrəli xəstəxanasının təmiri üçün 3 milyon manat vəsait ayırması, təmirdən sonra sözügedən xəstəxananın açılışında iştirak etməsi onu göstərdi ki, Sumqayıt səhiyyəsi də ölkədə gedən inkişafdan geri qalmayıb. Eyni zamanda ölkə başçısı bu sahənin və şəhərimizin inkişafında şəxsi diqqətində saxlayır…

Təbii ki, bütün bu proseslər, təmir olunan, açılan yeni səhiyyə ocaqları insanların rahatlığı üçündür. Bəs gəlin görək şəhər sakinləri xəstəxanalarda onlara göstərilən xidmətlərdən razıdırlarmı.

İlk olaraq elə təmirdən yenicə çıxmış 1 nömrəli xəstəxanadan bəhs edəcəyik. Bu yaxınlarda həmin xəstəxanada müalicə alan Zərbalıyev Əjdər Rasim oğlu redaksiyamıza müraciət edib.

O bildirir ki, xəstəxanada heç də hər şey binanın çöldən göründüyü qədər gözəl deyil: “Düzdür bina təmirdən yeni çıxıb. Şərait digər xəstəxanalarımız, hətta özəllərlə müqayisədə daha gözəldir. Ancaq təəssüflər olsun ki, dövlətimizin insanlar üçün yaratdığı belə bir şəraitdən bəzi həkimlər sui istifadə edərək öz mənfəətləri üçün çalışırlar. Konkret olaraq Nefrologiya şöbəsi və bu şöbənin müdiri Zülfiyyə Hacıyeva haqqında demək istəyirəm. Bu qadın xəstələri palatada yerləşdirmək üçün pul alır. Şöbədə xüsusi 2 nəfərlik palatalar var. Bu palatalarda yatmaq istəyən xəstə günə 20 manat ödəməlidir. O, öz xəstələrindən savayı heç kimin səhhəti ilə maraqlanmır. Bunu şöbədə yatan bütün xəstələr təsdiqləyə bilərlər.”

Əjdər Zərbalıyev iddia edir ki, hər gün xəstələrə 20 manat civarında yemək verilməli olduğu halda bu məbləğ 5 manatı da keçmir: “Mətbəxdə divarda hər bir xəstə üçün gündəlik 22 manatlıq qida verildiyi haqda məlumat kağızı asılır. Xəstələr bu yeməkləri yalnız kağız üzərində görə bilirlər. Hamıya yemək kənardan gətirilir. Hər bir xəstəyə 200 qr ət nəzərdə tutulduğu halda onlar yalnız 40 qram yeyə bilirlər. Maraqlıdır, ən bahalı restoranlarda bir boşqab mərci uzağı 2 manat olduğu halda bu xəstəxanada mərcini 6 manat 60 qəpikdən hesablayırlar. Bütün personal da Zülfiyyə Hacıyevadan narazıdır. Sadəcə, şöbə müdirindən ehtiyat etdikləri üçün hamı susur. Bunu o şöbədə yatan istənilən xəstə təsdiqləyə bilər.”

Maraqlıdır ki, xəstəxana yeni təmirdən çıxmasına baxmayaraq burada hələ də köhnə qayda qanunlar işləyir. Məsələn, qapıda xəstələri ziyarət saat 4-dən 6-ya qədər göstərilsə də, istənilən vaxt xəstə ziyarətinə gələnləri görmək mümkündür. Xəstəxanada əvvəlki kimi tibb bacıları xəstələrin əllərinə baxırlar. Söhbət etdiyimiz xəstələr bildirirlər ki, əksər pulsuz verilməli olan dərmanları burada almaq mümkün deyil. Elə şöbələr var ki, heç təzyiq ölçən aparat belə yoxdur. Lazım olanda tibb bacıları qonşu şöbələrə qaçırlar.

Məsələyə aydınlıq gətirmək üçün Sumqayət şəhər 1 nömrəli xəstəxananın baş həkimi Nazim Hüseynquliyevlə əlaqə saxladıq.

Baş həkim bildirdi ki, bu fikirləri səsləndirən insanın psixoloji durumu yerində deyil: “Zülfiyyə xanım şöbəsindəki bütün xəstələrlə maraqlanır. Palataların pulla verilməsinə gəlincə səhhəti ağır olan xəstələr həmin palatalarda yerləşdirilir. Bizdə heç vaxt hansısa xəstədən dərmana, palataya görə pul alınmır.”

Baş həkim qidalanmayla bağlı problemə də aydınlıq gətirib. Sitat: “Xəstəxanalara yemək mərkəzləşmiş qaydada gətirilir. Bu işlə birbaşa Səhiyyə Şöbəsi məşğul olur. Mətbəxdə vurulan qiymətlər, qidanın miqdarı və keyfiyyəti ilə birbaşa Səhiyyə şöbəsinin müvafiq qurumu məşğul olur”.

Maraqlıdır ki, mövzunu araşdıran zaman əksər xəstələrin (adlarının açıqlanmasını istəməsələr də) Əjdər Zərbalıyevin haqlı iradlar söylədiyini bildirdilər.

Sonda isə sizə xəstəxana divarlarından asılmış, xəstələrə ayrılan qidaların qiymətlərini özündə əks etdirən məlumatverici elanların bir neçəsinin fotosunu təqdim edirik. (Reader.az)

11120045_1190930544267531_170411537_n

11655319_1190930610934191_1704359860_n

11694377_1190930640934188_1517124391_n

11716084_1190930630934189_1080903389_n

11717025_1190930607600858_739148742_n

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600