Xəstəxanada vəhşilik

media-hightechnic-468x90

311687Hindistanın səhiyyə sistemində daha bir qalmaqal yaşanır. Odişa ştatındakı Banarpal kəndindəki xəstəxanada qadınların reproduktiv imkanlardan məhrum edilməsi, yəni onların analıq şanslarının əllərindən alınması əməliyyatı zamanı velosiped nasosundan istifadə olunub.

Cərrahlar sterilizasiya əməliyyatı zamanı velosiped şinlərinin hava ilə doldurulmasında istifadə olunan ayaq nasosundan yararlanaraq qadınların qarınlarına hava vurublar.

Belə “əməliyyat”lar nəticəsində 13 qadın xəstəxanada həlak olub.

Qonşu Çhattisqarh ştatında isə 55 qadın ölüm ayağındadır.

Hindistanın Səhiyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, tubektomiya əməliyyatında velosiped nasosundan istifadə olunması cinayətdir, vəhşilikdir.

Əməliyyatı aparmış həkimlərdən biri Maheş Prasad Routun sözlərinə görə, sterilizasiya-tubektomiya əməliyyatlarında həmişə velosiped nasoslarından istifadə ediblər: “Bizdə müasir, mürəkkəb tibb avadanlıqları yoxdur. Buna görə imkanlarımız çərçivəsində hərəkət etməli oluruq”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa