Xəzər dənizində brokonyerlər saxlanıldı

media-hightechnic-468x90

Xəzər dənizində brokonyerlər saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, İdarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı Lənkəran rayonu Xəzər dənizinin su ərazisində qanunsuz balıq ovu ilə məşğul olan A.Salayev və Ə.İslamov saxlanılıblar.

Baxış zamanı həmin şəxslərdən 183 ədəd müxtəlif növ balıqlar və ov alətləri götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Xəzər dənizində, xidməti ərazi olan qoruq, milli park və su hövzələrində su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə su polisləri tərəfindən müvafiq dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa