!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Xəzər Lənkəran”a daha bir zərbə

!Reklam – Yazi

u140Bolqarıstanlı yarımmüdafiəçi Qalin İvanovun “Xəzər Lənkəran”dan FİFA-ya şikayət etdiyini xəbər vermişdik.

Futbolçu ali futbol qurumuna müraciət edərək, Lənkəran təmsilçisindən ödənilməyən son 2 ayın maaşını istəyib.

Artıq FİFA bu məsələyə baxıb və qərarını verib. Belə ki, ali futbol qurumunun qərarına görə “ağ-yaşıllar” bolqar yarımmüdafiəçiyə 200 min dollar pul ödəməlidirlər.

Bu barədə məlumatı saytımıza İvanovun meneceri Radostin Vasiliyev verib: “Biz FİFA-da qalib gəldik. “Xəzər Lənkəran” bizə 200 min dollar pul ödəməlidir. Bu məbləğ sentyabrın sonuna kimi ödənilməlidir. Əks halda, onları daha böyük cəzalar gözləyir”.

Əgər Lənkəran klubu pulu vaxtında ödəməsə, FİFA onların hesabından xal siləcək(futbolinfo).

www.yenicag.az

600
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv