Xəzərdə 2 balıqçı itkin düşdü - VİDEO

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xəzər dənizində Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində 2 nəfər balıqçının itkin düşməsi barədə məlumat daxil olub.

Bu barədə Yenicag.az-a FHN Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar FHN-in Aviasiya dəstəsinin helikopteri Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşlar – 1954-cü il təvəllüdlü Cəfərov Vidadi Əli oğlu və 1977-cü il təvəllüdlü Həsənov Elvin Nəcəfqulu oğlunun axtarış-xilasetmə tədbirləri davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600