Xəzərdə kişi meyiti tapıldı – Kimliyi araşdırılır

media-hightechnic-468x90

Pirallahı rayonu Dübəndi bağlar massivində Xəzər dənizinin sahilində 40-50 yaşlarında naməlum kişi meyiti tapılıb.

Yenicag.az-ın məlumatına görə, onun Xəzər dənizinin nəzarətsiz zonasında çimərkən boğulduğu ehtimal edilir. Aşkar edilən meyit arıq bədən quruluşlu, boyu 170 santimetr və gözlərinin rəngi qəhvəyidir.Aşkar olunan zaman meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Qeyd edək ki, bu şəxsi tanıyanlardan Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600