Xəzərin hüquqi statusu ilə bağlı 6 bənd qəbul olundu

media-hightechnic-468x90

1425805305384646342_750x500Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə əlaqədar hazırlanan konvensiyanın 6 bəndi razılaşdırılaraq qəbul edilib.

Yenicag.az azərtac-a istinadən bildirir ki, bu sözləri Tehranda jurnalistlərin suallarını cavablandıran İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhmipur deyib.

Nazir müavini bildirib ki, Xəzər sahili dövlətlərin nümayəndələrinin martın 4-5-də Bakıda keçirdikləri müzakirələr faydalı olub. Mövqelərin prinsipcə yaxınlaşması müşahidə edilir. Xəzərin statusunun müəyyən edilməsi sahilyanı ölkələrin daha sıx ənməkdaşlıq əlaqələri qurulmasına səbəb ola bilər ki, bu da bütün tərəflərin mənafeyinə uyğundur.

İ.Rəhmipur diqqətə çatdırıb ki, müzakirələrdə ölkələrimiz arasında müşahidə olunan mövqe yaxınlaşması gələcəkdə danışıqların müsbət nəticələnməsinə əsas yaradır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600