Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

XİN 2019-cu ilin ən əsas vəzifəsini açıqladı

Reklam: High Technic

“2018-ci ildə əldə olunan xarici siyasət nailiyyətlərimiz milli təcrübə və ənənələr, ölkənin artan maddi-iqtisadi potensialı, eləcə də ölkədaxili sabitliyə əsaslanıb”.

Yenicag.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2018-ci ilin yekunlarına dair hesabatında bildirilib.

Qeyd olunub ki, öz növbəsində, daxili potensial, milli imkan və qabiliyyətlərin xarici siyasət fəaliyyətinə təkan verməsi münbit qarşılıqlı əlaqəni təmin edib: “Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında qeyd etmişdir: “Bizim uğurlu xarici siyasətimiz bu gün daxili inkişafımıza da müsbət təsir göstərir”.

Növbəti ildə Xarici İşlər Nazirliyi Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə layiqincə qorunması və təmin olunması, həmçinin Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət hədəflərinə nail olunması məqsədilə müstəqil, çevik, praqmatik və çoxşaxəli xarici siyasət fəaliyyətini davam etdirəcəkdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması diplomatiyamızın ən başlıca vəzifəsi olaraq qalacaq”./Report/

www.yenicag.az

4055
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100